(@tariflerim__)

2 weeks ago

Hər vaxtınız xeyir yemək sevərlər 💕. Mən perawkini bir neçə üsulla edirem.Daha öncə sehifede paylaşdığım,bu və başqa bir özəl üsul daha.Hamisi biri birindən gözəldi amma bu resept mükəmməl ötəsidi desəm yalan olmaz 😍. Sürüşdürün videolara baxin necə gözəldi 😍. Keçək hazirlanma qaydasina amma öncə sizdən kiçik bir xahişim var ki, səhifədən əldə etdiyiniz reseptlərlə hazırladığınız şirniyyat ve ya yeməklərin nəticəsini çəkib mənə atasız 🤗. Peraşki. Resepti: -400ml süd (ilıq ) -1çq duz -1xq droj -duru yağ (4-5 qaşıq ) -600qr un İçlik üçün: -1kq kartof -2soğan -duz, istiot -quru nanə Hazırlanma qaydası: Bütün ərzaqları qarışdırıb elə yapışan xəmir yoğurun, çox yumşaq yapışan xəmir olsun sonda biraz duru yağ ilə xəmiri toparlayın və qoyun dincelsin.Texminen 15deq.sonra 2qatina çıxır. İçliyi də hazırlayın.Bunun üçün kartofların qabığını soyub qaynadın və yaxşıca ezin, xırda doğranmış soğanları ayrıca qovurub əzdiyiniz kartofa əlavə edin duz istiot nanə də əlavə edib qarışdırın.Xəmirdən kiçik parçalar ayırıb içinə kartoflu içlikdən qoyub bükün 15dəq.gözleyin və qaynar bol yağda qızarana qədər bişirin. Hazırlayanlara nuş olsun 💕. Bəyənib rəy yazmağı unutmayın. #peraski #qutab #pizza #kesfet #instagood #instagram #tarifdefteri

Loading...

6 comments

Loading...